Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”in aylıq auditoriyası 1,3 milyardı ötüb


“Facebook Messenger” mesajlarla mübadilə xidmətinin aylıq auditoriyası 1,3 milyardı ötüb.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, hazırda şirkət “Messenger” servisində funksiyaların artırılması üzərində aktiv işləməyə davam edir. Son yeniliklər arasında videoçatlar üçün yeni filtr və reaksiyalar, “M” virtual köməkçisində daha çox xatırlatmalar, servisin digər ölkələrdə geniş yayılması, yeni oyunlar və “Messenger Lite” versiyasının bütün dünyada yayılmasını qeyd etmək olar.

Proqramçılar, həmçinin mühüm funksiyalara girişi daha sadələşdirmək üçün “gələnlər” qovluğunun formatını dəyişdiriblər.

Qeyd edək ki, “Facebook Messenger” istifadəçilərinin sayı 2016-cı ilin iyulunda 1 milyardı ötmüşdü.

Emil Hüseynov





18/09/17    Çap et