Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt parolları tapmağı asanlaşdıracaq


Kompüter təhlükəsizliyi sahəsi üzrə ekspertlərin sözlərinə görə, müasir kompüter təlimi alqoritmləri yalnız fayda deyil, həmçinin ziyan vura bilər. Belə ki, özü öyrənən proqramlar parolları daha effektiv şəkildə tapa bilərlər.

"ICTnews" Elektron Xəbər Xidməti "planet-today.ru" saytına istinadən yazır ki, mürəkkəb alqoritmlərin köməyi ilə parolları tapan haker proqramları artıq yenilik deyil, ancaq kibercinayətkarlar süni intellekt texnologiyasını öyrəndikdə insanlar mövcud müdafiə metodlarını yenidən təkmilləşdirməli olacaqlar.

Süni intellekt alqoritmlərinin köməyi ilə parolları tapan proqramlar 10 paroldan 9-nu tapa bilər.

"Biz iki neyron şəbəkəsinə əsaslanan şəbəkə yaratdıq. Bundan sonra bu sistemə milyonlarla paroldan ibarət məlumat bazasını mənimsətmişik. Generasiya edən alqoritmin köməyi ilə yaradılmış parollar "LinkedIn" sosial şəbəkəsindəki hesabların parolları ilə müqayisə edilib. Nəticə gözlənilməz olub, sistem, hətta ən mürəkkəb parolları tapmaq gücünə malikdir" – Stivens Texnologiya İnstitutunun alimləri deyiblər.

Emil Hüseynov





19/09/17    Çap et