Hakerlər “CCleaner” proqramının iki milyon istifadəçisinin məlumatını ələ keçiriblər
“CCleaner” proqramı haker hücumuna məruz qalıb. Hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə biliblər.
Zərərverici kod “CCleaner 5.33.6162” (avqustun 15-də çıxarılıb) proqramının 32 bitlik versiyasında və “CCleaner Cloud 1.07.3191” (avqustun 24-də çıxarılıb) versiyasında aşkar edilib. 12 sentyabr tarixində proqramın bu versiyalarının səhv işləməsi məlum olub.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, hər iki versiya təhlükəsizlik yeniləməsindən öncə kompüterin adını, IP ünvanını, quraşdırılmış proqram və şəbəkə adapterlərinin siyahısını ABŞ-da fəaliyyət göstərən xüsusi serverə göndərib.
Bu serverin fəaliyyəti sentyabrın 15-də hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb. Ehtimala görə, yoluxmuş versiyalar iki milyondan çox istifadəçi tərəfindən quraşdırılıb.
Emil Hüseynov