Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iOS 11” əməliyyat sistemi təqdim olunub


"Apple" şirkəti sentyabrın 19-da yeni "iOS 11" əməliyyat sistemini təqdim edib. Bu barədə şirkətin saytında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, yenilənmədən bütün dünya istifadəçiləri yararlana bilərlər. Sistemdə yeni "Dock" idarəetmə paneli və "Musiqi" əlavəsinə bənzəyən yenidən işlənilmiş "App Store" mağazası quraşdırılıb. Bundan başqa, "iOS" sistemində "iMessage" və "Apple Pay" vasitəsilə tanışlara pul göndərmək imkanından yararlanmaq mümkündür. 

Məlumata görə, şirkət, həmçinin qurğu tutumundan istifadəni optimallaşdırıb: messencer məlumatları "iCloud" servisində saxlanılır, fotoşəkil və videoçarxlar isə keyfiyyətini itirmədən tutumu azaldılıb.  

"iOS 11"-də sistemin istifadəçinin sükan arxasında oturmasını tanıyan zaman avtomatik aktivləşən xüsusi "Sükan arxasında narahat etməyin" (Do Not Disturb While Driving - DNDWD) rejimi istifadəyə verilib. Bu halda smartfonda sürücünün diqqətini yoldan yayındırmamaq üçün yalnız qara ekran görünür.

"DNDWD" avtomatik rejimdən fərqli olaraq rabitə vasitələrini deyil, "Narahat etməyin" standart rejiminə oxşar məlumat və ya zənglər haqqında bildirişləri söndürür. Onu əllə işə salan zaman "Sükan arxasında narahat etməyin" "iPhone"un avtomobilin çox sürətlə hərəkət etməsini anladıqda avtomatik işə düşür. "Apple" nümayəndələrinin sözlərinə görə, sürət "Bluetooth" və "Wi-Fi" şəbəkələrinin çıxış nöqtələrinə görə hesablansa da, smartfonda akselerometr quraşdırılıb.

Bildirilir ki, "DNDWD" daxil olan məlumatları proqramlaşdırılmış mətnlə və ya istifadəçinin sükan arxasında olmasını və sonradan cavab verəcəyini bildirən sadə bildirişlə avtomatik cavablandırır. Həmçinin, "Seçilmiş kontaktlar" siyahısına müəyyən kontaktların əlavə edilməsi üçün imkan yaradılıb. Bu, kontaktların ikinci dəfədən zəng etməsinə və ya məlumat göndərməsinə imkan verir. Funksiya təhlükəsizliklə yanaşı, "iPhone" sahiblərinin smartfonun avtomobilin multimedia sisteminə inteqrasiyasından (Apple CarPlay) daha çox istifadə etmələri üçün nəzərdə tutulub.

"Sükan arxasında narahat etməyin" funksiyasını istifadəçinin avtomobil sürücüsü deyil, sərnişin olmasını bildirən düyməni basmaqla söndürmək mümkündür. 

Nizam Nuriyev 





20/09/17    Çap et