İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşdi
İKT sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində son illər Azərbaycanın startap ekosistemi inkişaf edir və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb.
Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında 10 aprel 2017-ci il tarixində elan edilən qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.
Qeyd edək ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə
172 layihə təqdim olunub. Bu layihələrdən
150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Bu mərhələdə
71 layihə müsbət rəy alıb.
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda
21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə
242 000 AZN qrant vəsaiti ayrılıb.
Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik:
№ |
Layihənin adı |
Qrant məbləği (AZN) |
1 |
GRP |
11 000 |
2 |
Yüksəklik |
12 000 |
3 |
CamTouch |
12 000 |
4 |
ReCountry |
10 000 |
5 |
"Destination – Baku" application |
12 000 |
6 |
ZoomX |
11 000 |
7 |
Ustad |
12 000 |
8 |
WakeMeUp |
11 000 |
9 |
İlmə |
12 000 |
10 |
Postcal |
14 000 |
11 |
Pazl – Xalça |
12 000 |
12 |
High_Cargo mobile application |
11 000 |
12 |
Mobil oyunun hazırlanması |
11 000 |
14 |
Run2Help |
12 000 |
15 |
İnEduTech |
14 000 |
16 |
Ecommerce üçün innovativ çatdırılma sıstemi |
12 000 |
17 |
seattip.com |
12 000 |
18 |
Hüt-hüt |
11 000 |
19 |
www.e-pul.az |
10 000 |
20 |
BKES |
10 000 |
21 |
Soft Balance Accounting |
10 000 |
Məlumat üçün bildirək ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan layihələr üzrə işlər davam etdirilir.