Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspert: “Ödənişli antivirus proqramları faydasızdır”


“Mashable” internet resursunun eksperti Cek Mores “Avast”, “Kasperskiy” və “Dr.Web” kimi antiviruslara artıq müasir dünyada ehtiyac qalmadığını və aktuallığını itirdiyini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, ekspert hesab edir ki, həmin antivirusların və onların analoqlarının dövrü həmişəlik bitmək üzrədir. Onun sözlərinə görə, istifadəçilər pullu antivirus proqramları əvəzinə əməliyyat sistemlərinə quraşdırılan antiviruslardan yararlana bilərlər. Məsələn, “Windows” əməliyyat sistemində zərərli saytlara çıxışı bağlayan “Defender” antivirus proqramı quraşdırılıb. Bundan əlavə, kompüterə mühafizə üçün əlavə proqram təminatı quraşdırılan zaman o sistem proqram təminatı ilə uyğun gəlməyə bilər. “Apple” şirkəti də virus və digər zərərli proqram təminatından mühafizə üçün quraşdırılmış mühafizə sisteminə malikdir.

Sistem antivirus proqramlarının fərdi kompüterlərin mühafizəsini tam təmin edə bilməməsini etiraf edən ekspertlər korporativ müəssisələrə maksimum mühafizəni təmin etmək məqsədilə ödənişli antiviruslar əldə etməyi tövsiyə edirlər.  

Nizam Nuriyev 





21/09/17    Çap et