Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə xidmətlərinin həcmi artıb
Yanvar-may ayları ərzində təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 472,6 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 17,7 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ümumi həcmdən 73,5 faiz əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, alınan gəlirlərin 64,8 faizi mobil rabitə xidmətlərinin payına düşür. Onlar ötənilki göstərici ilə müqayisədə 7,6 faiz artaraq 298,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsi ölkədə informasiya-kommunikasiya avadanlığının istehsalının artdığını da qeyd edir. Beləliklə, beş ayın yekunları üzrə ölkədə kompüter, elektron, optik və elektrik avdanlıqlarının istehsalı 57,4 milyon manat təşkil edib.
14/06/11 Çap et