Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər "Vikipediya"nı elmin irəliləyişi üçün faydalı hesab edirlər


Massaçusets Texnologiya İnstitutu və Pittsburq Universitetinin alimlərinin qənaətincə, elmi işlərdə tez-tez "Vikipediya" onlayn ensiklopediyasındakı məqalələrə istinadlar qoyulur və bu təcrübə elm üçün faydalıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər araşdırma zamanı aspirantlara “Vikipediya”  onlyan ensiklopediyasında yerləşdirilməmiş bir neçə elmi məqalə hazırlamağı tapşırıblar. Hazırlanmış məqalələrin yarısı onlayn ensiklopediyada dərc edilib. Bir müddətdən sonra məlum olub ki, "Vikipediya" onlayn ensiklopediyasına yüklənmiş məqalələr başqa alimlərin elmi işlərində istifadə edilib və onlara istinadlar qoyulub.

"Nəticələr onu göstərir ki, elmi məqalələrin əlçatan mənbələrdə nəşri elmin irəliləyişi üçün effektiv üsuldur. Bu, ənənəvi elmi informasiya mənbələrinə girişə malik olmayanlar üçün xüsusilə faydalıdır" – araşdırma müəllifləri bildiriblər.

Emil Hüseynov





22/09/17    Çap et