2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub
“Trend Micro” şirkətinin ekspertlərinin hesablamasına görə, 2017-ci ilin birinci yarısına görə, kiberhücumlardan dəymiş qlobal zərərin həcmi 4 milyard ABŞ dolları təşkil edib. Mütəxəssislər kiberfırıldaqçılıq, biznes istifadəçilərə hədəflənmiş “Business Email Compromise” (“BEC”) tipli fişinq hücumları, həmçinin “əşyalar interneti”nə müdaxilə hallarının artmasını qeyd ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, “Trend Micro” şirkəti 2017-ci ilin yanvar-iyun ayları ərzində fırıldaqçılıq üçün zərərverici proqram təminatından istifadəyə əsaslanan 82 milyondan çox təhlükə, həmçinin 3 mindən çox “BEC” hücum cəhdi aşkar ediblər. Bununla əlaqədar olaraq ekspertlər müəssisələrə ilk növbədə effektiv mühafizə sisteminin yaradılmasına maliyyə ayırmağı tövsiyə ediblər, çünki kiberhücumların nəticələri şirkətlərə baha başa gəlir.
Cari ilin aprel və iyununda “WannaCrypt” və “Petya” virus şifrləyiciləri dünyada minlərlə şirkətə hücum ediblər. FTB-nin (Federal Təhlükəsizlik Bürosu) məlumatına görə, korporativ elektron poçta müdaxilə edən fişinq hücumu qlobal itkinin ümumi həcmini 5,3 milyard ABŞ dollarınadək artırıb.
Bundan başqa, mütəxəssislər sosial şəbəkələrdən sui-istifadə, təbliğat və saxta informasiyanın yayılması hallarının artmasını qeyd ediblər ki, bu da həmçinin biznes üçün ciddi maliyyə nəticələrinə gətirib çıxara bilər.
Emil Hüseynov