Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola” smartfonu netbuka çevirəcək
“Motorola Mobility” şirkəti smartfonlar üçün netbuk şəklində hazırlanmış “Lapdock 100” dok-stansiyasını təqdim edib. Yenilik 1366×768 piksel kəskinlikli 10,1 düym ekranla, klaviatura və taçpad ilə təchiz edilib.
SD fləş kartlar üçün slot, 2 USB portu və inteqrasiya edilmiş dinamikası var. Ölçüləri 268×234×31,6 millimetr, çəkisi isə təxminən 1 kq təşkil edir.
“Lapdock 100” smartfonu hesablama resurslarından istifadə edərək istifadəçilər üçün əlavə imkanlar yaradır və daha rahat işlə təmin edir. “Lapdock 100” dok-stansiyası batareyasının 5 saata qədər avtonom müddət təmin etdiyi iddia edilir. Yenilik oktyabr ayının sonuna qədər satışa çıxarılacaq.
12/10/11 Çap et