Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb


Miçiqan Universitetinin alimləri barmaq izinin skan edilməsi texnologiyasının aldadılması üçün süni barmaq hazırlayıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tədqiqatçıların məqsədi asan qazanc əldə etmək və ya istifadəçilərin fərdi məlumatlarını ələ keçirmək yox, bunun tam əksidir.

Məlumata görə, qurğu vasitəsilə alimlər müasir barmaq izinin tanınması sistemlərində boşluqların tədqiqini planlaşdırırlar.

Süni barmaqların əvvəllər də yaradılmasına baxmayaraq Miçiqan Universitetinin alimlərinin ərsəyə gətirdiyi variant daha autentik hesab edilir. Belə ki, yeni süni barmaq insan barmağının elektrik ötürücülük qabiliyyətini və mexaniki xüsusiyyətlərini ideal şəkildə ötürür.

Qeyd edək ki, barmaq izinin tanınması texnologiyasının etibarlığı dəfələrlə mütəxəssislər tərəfindən tənqid olunub. Bir sıra istehsalçılar ondan imtina edərək digər həllərə keçmək qərarına gəlib. Məsələn, yeni “iPhone X” smartfon modelində barmaq izi skaneri əvəzinə, sifətin tanınması texnologiyası quraşdırılıb.

Nizam Nuriyev 





23/09/17    Çap et