2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək
Alimlər 2020-ci ildə internetə qoşulan qurğuların sayının hazırkı 8,5 milyarddan 24 milyardadək artacağını proqnozlaşdırırlar.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, 2020-ci ildə Yer kürəsi əhalisinin hər birinə dörd internetə qoşulan qurğu düşəcək.
Məlumata görə, siyahıya həm ənənəvi telefon, planşet və fərdi kompüterlər, həm də “ağıllı” saatlar, “ağıllı” televizorlar və internetə qoşulan soyuducular daxil olacaq.
İnternetə qoşulan qurğuların ümumi sayının 24 milyard ədəd təşkil edəcəyi gözlənilir. Hazırda dünyada qurğuların sayı 8,5 milyarda yaxındır.
Nizam Nuriyev