Yaponiyada "ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb
Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq edilə bilər.
Alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, panellərin effektivliyi 7,9% təşkil edir. Lakin hətta bu göstərici “ağıllı” geyimə quraşdırıla bilən sağlamlıq monitorinqi sensorlarının enerji ilə doldurulması üçün bu panellərdən istifadəyə imkan verir.
Qeyd edək ki, müxtəlif ölkələrdən olan alimlər "ağıllı" geyim üçün parçaların yaradılması üzərində aktiv işləyirlər. Məsələn, avqustun sonunda beynəlxalq alimlər qrupu tərəfindən karbon nanoboruları əsasında yaradılmış sap uzadılma zamanı elektrik enerjisi hasil edir. Ötən ilin sentyabrında isə Corciya Texnologiya İnstitutunun alimlər qrupu tərəfindən hazırlanmış parça günəş işığı və geyim sahibinin hərəkəti sayəsində daşınan elektronika qurğusunun enerji ilə doldurulması üçün enerji hasil etmək qabiliyyətinə malikdir.
Emil Hüseynov