Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ölkədə “WhatsApp” messencerinə giriş bağlanıb


Çində “WhatsApp” messencerinə giriş blok edilib. Bu haqda “The New York Times” qəzeti məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yerli mütəxəssislərin məlumatına görə, 24 sentyabrda sözügedən proqram təminatı ilə ciddi problemlər başlanıb. Ancaq bəzi istifadəçilər hələ mətn mesajları göndərmək imkanına malikdirlər.

“Symbolic Software” şirkətinin əməkdaşlarından biri belə düşünür ki, Çin hakimiyyətinin razılığı ilə hazırlanmış xüsusi proqram təminatı xidmət tərəfindən istifadə edilən məlumatların şifrlənməsi texnologiyasına müdaxilə edə bilir. İndi Çin sakinləri “WhatsApp” messenceri üzərindən nə şəkil, nə videoçarx, nə də adi mətn mesajı göndərə bilmirlər.

Xatırladaq ki, sözügedən messencer eyni adlı sosial şəbəkəyə malik olan “Facebook” şirkətinə məxsusdur və 2009-cu ildən Çində “Facebook” sosial şəbəkəsinə giriş blok edilib.

Emil Hüseynov





26/09/17    Çap et