“Huawei” şirkəti yeni konsorsiuma daxil olub
"Huawei" telekommunikasiya avadanlığı istehsalçısı iştirakçılarının beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) üçün texnologiyaların hazırlanması ilə məşğul olduğu "5G-MoNArch" konsorsiumuna üzv olub. Bu barədə Çin şirkətinin rəsmi saytında dərc edilən məlumatda deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "
DailyComm" resursuna istinadən yazır ki, şirkət konsorsiuma qoşulmaqla gələcəyin şəbəkələri üçün elastik və adaptiv arxitekturanın hazırlanmasına məsul olacaq. "5G" texnologiyaları genişzolaqlı mobil internetin təşəkkülü ilə yanaşı, şəbəkə seqmenti sayəsində yeni tip biznesin və vertikal sahələrin inkişafına xidmət edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, telekommunikasiya ekosisteminin yaradılması prosesində həlledici rol oynayır.
Məlumata görə, "5G-MoNArch" konsorsiumuna Çin istehsalçısı ilə yanaşı, "Nokia Solutions and Networks", "Deutsche Telekom", "Samsung Electronics", "Telecom Italia" və s. şirkətlər daxildir. Birgə səylərlə onlar tipli eksperimental platformalar əsasında elastik və adaptiv arxitekturanın yaradılması vasitəsilə "5G" texnologiyasından istifadə yollarının həyata keçirilməsi ilə məşğul olurlar.
"5G-MoNArch" çərçivəsində virtual şəbəkə protokolları hazırlanıb, şəbəkə seqmenti üzərində nəzarət və idarəetmə qurulub, eləcə də onların real şəbəkə əsasında sazlama testləri optimallaşdırılıb.
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev