Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər ürəyin skan edilməsi vasitəsilə istifadəçiləri identifikasiya etməyi təklif ediblər


“Face ID” adlı sifətin skan edilməsi sistemi ilə təchiz edilmiş “iPhone X” smartfonunun təqdimatı istifadəçilərin identifikasiyası üçün belə metodun təhlükəsizliyi haqda müzakirələrə yol açıb.

Buffalo Universitetinin alimləri istifadəçiləri onların ürəklərinə görə identifikasiya etməyi təklif edib. Belə ki, ürəyin forması unikaldır və ciddi xəstəliklər istisna olmaqla onun forması dəyişmir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, amerikalı alimlər tərəfindən hazırlanmış biometrik sistem 8 saniyə ərzində insan ürəyinin forması, ölçüsü və ritmini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Bundan sonra sistem ürəyin işinə daima nəzarət edir ki, bu da onu birdəfəlik eyniləşdirməni (məsələn, barmaq izinə görə) nəzərdə tutan analoqları ilə müqayisədə daha təhlükəsiz edir.

İstehsalçılar əmin edirlər ki, skanerin təsiri zərərsiz insan orqanizmi üçün təhlükəsizdir. Həmçinin skaner aşağı enerji sərfiyyatına malikdir.

78 könüllünün iştirak etdiyi sınaqlar zamanı sistemin dəqiqliyi 98,6% təşkil edib.

Emil Hüseynov





27/09/17    Çap et