Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” reklam qiymətlərini artırıb


2011-ci ilin üçüncü rübündə “Facebook” sosial şəbəkəsində əvvəlki üç ayla müqayisədə elan verənlərin xərcləri 25 faiz artıb. Bu barədə “Efficient Frontier” marketinq şirkətinin hesabatına istinadən “The Drum” portalı bildirib.

Hesabatda, həmçinin qeyd edilib ki, “Facebook” şəbəkəsinin auditoriyası və onun fəallığı əhəmiyyətli dərəcədə artıb.

Bu isə “Efficient Frontier” şirkətinin məlumatına əsasən, reklama olan bir klik üçün qiymətlərin üçüncü rübdə 54 faizə kimi artmasına səbəb olub. Şirkətin proqnozuna əsasən, yaxın gələcəkdə qiymətlər hər rüb 30-40% artacaq.




12/10/11    Çap et