Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Face ID” texnologiyasının gözlənilməz xüsusiyyətləri haqda xəbərdarlıq edib


“Apple” şirkəti yaşı 13-dən aşağı olan istifadəçilərə yeni “iPhone X” smartfonlarında sifətin tanınması sistemindən istifadə etməməyi tövsiyə edir. Bu barədə şirkət tərəfindən dərc edilmiş “Face ID” üçün təhlükəsizlik kitabçasında yazılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiyadan verilən məlumata görə, insanın üz görünüşünün unikal xüsusiyyətləri 13 yaşadək formalaşır. “Apple”, həmçinin əkizlərə “Face ID” texnologiyasından istifadə etməyi tövsiyə etmir, çünki “iPhone X” smartfonunun blokdan çıxarılması zamanı yanlışlıqlar olması istisna deyil.

“Apple” 12 sentyabr tarixində “iPhone X” smartfonunun təqdimatında yeni “Face ID” mühafizə sistemini nümayiş etdirib. Bu texnologiya istifadəçinin sifətinin həcmli modelinin yaradılması üçün infraqırmızı skanetmə metodundan istifadə edir. Şirkətin nümayəndələrinin sözlərinə görə, “Face ID” texnologiyası qaranlıqda da işləyir.

Emil Hüseynov





29/09/17    Çap et