BMT: robotlaşdırma dünyada sabitliyi poza bilər
Cəmiyyət yeni texnologiyalara uyğunlaşa bilmədiyi halda ümumi avtomatlaşdırma və süni intellekt dünyada sabitliyi pozacaq və bu, gözlənilməz iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaq. Bu haqda Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib.
“ICTnews” Elektron Xəbər Xidməti
igate.com.ua saytına istinadən yazır ki, beynəlxalq təşkilat mümkün risklərin öyrənilməsi üçün Haaqada xüsusi Süni İntellekt və Robot Texnikası Mərkəzi açıb. Məlumata görə, ekspertlər komandası fasiləsiz olaraq müasir texnologiyalar tərəfindən gözlənilə bilən riskləri monitorinq və təhlil edəcək, həmçinin proqnozlaşdıracaq. Yeni bölmənin ştatında sahibkarlar, alimlər, həmçinin hakimiyyət və ictimai təşkilat nümayəndələri təmsil olunacaqlar.
BMT-nin baş strateji məsləhətçisi İrakli Beridzenin fikrincə, hərbi robotlar cəmiyyət üçün daha çox təhlükə yaradır. Güclü avtonom texnologiyalar cinayətkar qruplaşmalarla işbirliyinə girə bilər ki, bu da dünyada ciddi qeyri-sabitlik riskinə gətirib çıxaracaq.
Ekspertin sözlərinə görə, sənaye robot texnikası və insanları işsiz qoyan alqoritmlər bəşəriyyətə təhlükə yaradır. Məsələn, Böyük Britaniyada iş yerlərinin təxminən 30%-i potensial olaraq süni intellekt sahəsində texnoloji irəliləyişlərə görə təhlükə altındadır.
"Əgər cəmiyyət müasir texnologiyalara vaxtında uyğunlaşa bilməsə, onda sabitlik pozulacaq – Beridze deyir. Bu səbəbdən biz ekspertlər şəbəkəsini yaradırıq".
Emil Hüseynov