Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sağlamlığa nəzarət edən "ağıllı" döymə yaradılıb


Harvard və Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış bio həssas mürəkkəb orqanizmdə hansısa problem olduqda öz rəngini dəyişir.
 
“ICTnews” Elektron Xəbər Xidməti hi-tech.mail.ru saytına istinadən yazır ki, sağlamlığa nəzarət edən yığcam cihazları daima daşımaq və enerji ilə doldurmaq lazım gəlir. Alimlər bu problemi aradan qaldırmağa qərar verərək "ağıllı" döymələr üçün yeni mürəkkəb düşünüblər.
 
"Ağıllı" mürəkkəb bədəndə hüceyrəarası mayenin dəyişilməsinə reaksiya verən materialdan ibarətdir. Belə döymə qanda qlükozanın səviyyəsi artıqda öz rəngini yaşıldan qəhvəyiyə dəyişir, yox əgər bədəndə natrium konsentrasiyası artırsa, bu halda döymə daha parlaq işıq saçır.
 
"Ağıllı" döyməni xroniki xəstələr üçün həmişəlik və ya müvəqqəti müalicə üçün bir neçə aylıq etmək olar.

Emil Hüseynov







30/09/17    Çap et