Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hollandiya Senatı qələm və kağızı “iPad” ilə əvəz edib


Hollandiya Senatının (parlamentin yuxarı palatası) üzvləri yay tətillərindən qayıtdıqda iş masaları üzərində yeni “iPad” planşeti olduğunu görüblər. Məsələ ondadır ki, Hollandiya hökuməti kağız işlərini elektron növə keçirməyə qərar verib.

Hollandiya hakimiyyəti Avropada belə yeniliklər təklif edən və çap məhsulundan imtina edən ilk ölkədir. Layihə 2 həftə əvvəl işə salınıb və hal-hazırda müvəffəqiyyətlə reallaşdırılıb. Hazırda 75 senatorun yeni “iPad”ı var.

Rahatlığa və aşkar ekoloji üstünlüklərə əlavə olaraq, rəqəmsal texnologiyalar əhəmiyyətli iqtisadi effekt verir. Xüsusi proqramların hazırlanmasına və qurğuların alınmasına çəkilmiş xərclər təxminən 150 min avro təşkil edib. “iPad” planşetindən istifadə Senatı çap xərclərindən xilas edəcək.

Çap üçün illik xərclər təxminən 140 min avro təşkil edir. Dəftərxana mallarının və məxaric materiallarının kütləvi olaraq yeni “iPad” ilə əvəzlənməsi iqtisadi xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradacaq, “Apple” şirkətinin baş direktoru Tim Kuk bildirib.




12/10/11    Çap et