Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Banqladeşdə kasıblar üçün netbuk istehsal edilib
Banqladeşin baş naziri Şeyx Hasina ölkənin paytaxtı Dəkkədə keçirilən xüsusi tədbirdə ilk milli portativ kompyuteri təqdim edib.
“Doel” adlı netbuku “Telephone Shilpa Sangstha” (TSS) yerli telekommunikasiya şirkəti istehsal edib. İlk əvvəl qurğu dövlət idarə və departamentlərində yayılacaq. “Doel” netbukunun əsas auditoriyasının gələcəkdə tələbələr olacağı gözlənilir.
“TSS” netbukun 4 variantını təklif edəcək: aşağı modelin dəyəri 130 dollardır. Onun xüsusiyyətləri aşağıdakı kimidir: 10,1 düym ekran (1024×600 piksel), “VİA 8650” (800 MHz) çipi, 512 MB əməli yaddaş, veb-kamera, “Wi-Fi” simsiz əlaqə adapteri, SD rideri, 2 USB portu. Əməliyyat sistemi “Android” (versiya bildirilmir) və ya “WIndows CE 6.0”.
Kasıblar üçün netbukların istehsalı ölkənin informasiyalaşdırılma səviyyəsinin artımı üzrə “Digital Bangladesh” kompleks proqramının bir hissəsidir.
12/10/11 Çap et