Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londonda “ağıllı” skamyalar quraşdırılacaq


“Ford” avtomobil konserni və “Strawberry Energy” startapı Londonda günəş batareyaları ilə işləyən “ağıllı” skamyaların qurulması üzrə layihəni istifadəyə verib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, skamyalar vasitəsilə piyadalar mobil qurğularını enerji ilə doldura və internetdən istifadə edə biləcəklər. Bundan başqa, skamyalar ətraf mühitin parametrlərinin monitorinqini apararaq onun vəziyyəti barədə informasiyanı göstərəcək.

Məlumata görə, layihənin ilkin mərhələsində Londonda bu ilin əvvəlində “Strawberry Energy” tərəfindən quraşdırılan 20 “ağıllı” oturacağa əlavə olaraq 20 “Ford Smart Bench” skamyasının quraşdırılması planlaşdırılır. Oturacaqda simsiz enerjidoldurma funksiyası və naqillər üçün çıxışlar nəzərdə tutulub. Enerjidoldurmadan və internetdən istifadə pulsuz təqdim edilən “Wi-Fi” vasitəsilə həyata keçirilir.

Qurğuların enerji ilə doldurulması və internetə çıxış imkanı ilə yanaşı, yüksək texnologiyalı küçə mebeli səs, rütubət və hava temperaturu səviyyəsini və havada karbon qazının faiz dərəcəsini ölçə bilir.

Nizam Nuriyev 





03/10/17    Çap et