Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlarda bildirişlər əhval-ruhiyyəyə pis təsir göstərir?


Müasir mobil telefon istifadəçiləri hər gün sosial şəbəkələrdən çoxlu sayda bildirişlər alırlar. Bildirişlər ani reaksiya və diqqət tələb edərək istifadəçilərin fəaliyyətini daima pozur. Nottinqem Trent Universitetinin mütəxəssislərinin qənaətinə görə, bildirişlər əhval-ruhiyyəyə pis təsir göstərir.

"ICTnews" Elektron Xəbər Xidməti "www.belta.by" saytına istinadən yazır ki, alimlər 50 könüllüyə "NotiMind" adlı xüsusi mobil proqramı yükləməyi və 5 beş həftə ərzində istifadə etməyi təklif ediblər. İstifadəçilərin telefonu  bildirişlər haqda informasiyanı toplayaraq təhlil edib. Məlum olub ki, qrupdakı insanların 30%-dən çoxu mənfi emosiyalar (əsəbilik, düşmənçilik, kədər, qorxu) hiss edir. Smartfon yeniləmələri və ya "Wi-Fi" nöqtəsi haqda informasiya istifadəçilərdə daha çox qıcıq yaradıb.

Emil Hüseynov





03/10/17    Çap et