Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda internet-TV və internet-radioya dair lisenziyalaşdırma tətbiq olunmayacaq
İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq. Bu barədə açıqlamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli verib.
O, Azərbaycanda və beynəlxalq təşkilatlarda ölkədə internet-radio və internet-TV-nin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə lisenziyalaşdırılması barədə yayılmış məlumatları təkzib edib.
N.Məhərrəmli elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb. «Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik», - deyə N.Məhərrəmli Azərbaycan hökumətinin ünvanına gələn ittihamların əsassız olduğunu əlavə edərək bildirib.
13/10/11 Çap et