Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera” brauzerinin yeni versiyası bir sıra yeniliklər təqdim edir


“Opera” şirkəti “Opera 49” fərdi kompüter brauzerinin ekrandan şəkil çəkərək ona kənar proqram təminatından istifadə etmədən selfi, stiker və ya fotoşəkil əlavə etməklə redaktəyə imkan verən beta versiyasını təqdim edib. Beləliklə, istifadəçilər bir neçə saniyə ərzində paylaşmaq istədikləri kontenti fərdiləşdirmək imkanı əldə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, hazırda “Opera”nın messencerlərlə inteqrasiya edilən yeganə brauzer olması sayəsində istifadəçilər “VK”, “Facebook”, “WhatsApp” və ya “Telegram” kimi messencerlərdə çəkilən selfi və ekrandan çəkilən şəkilləri (screenshot) asanlıqla paylaşa biləcəklər. Bunun üçün sadəcə şəkili bu və ya digər həmsöhbətlə aparılan dialoqa keçirmək tələb olunur.

Kompüterlər üçün yeni “Opera” beta versiyasının digər yenilikləri arasında “Facebook Messenger”, “WhatsApp” və “Telegram”a əlavə olaraq yan panelə “VK” messencerinin quraşdırılmasını, brauzeri tez sazlamağa imkan verən yeni paneli, eləcə də “HiDPI” ekranlarında internet kontentinə baxışın keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar.

Nizam Nuriyev
 






07/10/17    Çap et