Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia”nın maliyyə vəziyyəti düzələ bilər
“Nokia” şirkətinin III rübünün yekun göstəriciləri analitiklərin proqnozlarını üstələyə bilər, bu isə Finlandiya mobil telefon istehsalçısının pozitiv nəticələrə iddia etməsinə imkan yaradacaq.
Bundan başqa, “Windows Phone 7” əməliyyat sistemi əsasında yeni smartfonlar “Nokia” şirkətinə kömək edəcək, tezliklə həmin smartfonlar fin brendi altında təqdim ediləcək.
Ekspertlər proqnozlaşdırırlar ki, “Nokia” şirkəti III rübü itkisiz başa vuracaq, halbuki əvvəlki rübü fin nəhəngi 487 milyon avro ölçüsündə zərərlə bitirib. “Nokia” şirkəti III maliyyə rübünün hesabatını 2011-ci il oktyabr ayının 20-də təqdim edəcək.
13/10/11 Çap et