Gələcəkdə texnologiyalar bir çox peşələri əvəz edəcək
Tayvanın “TSMC” şirkətinin qurucusu və indiki baş direktoru Morris Çan “Reuters” nəşrinə müsahibəsində gələcəklə bağlı öz fikirlərini səsləndirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, onun fikrincə, gələcəkdə indiki peşələrin bir çoxuna ehtiyac olmayacaq. O hesab edir ki, texnologiyaların indiki templə inkişafı şərti ilə artıq 10-20 il sonra robotlar taksi sürücüsünü əvəz edəcəklər. Bundan başqa, süni intellekt texnologiyaları həkimləri əvəz edəcək, çünki kompüter daha sürətli və dəqiq diaqnozlar qoya, həmçinin pasiyentlərlə məsafədən konsultasiyalar apara biləcəklər.
Emil Hüseynov