Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” rədd edilib


“Google” şirkətinin “goggle.com” saytına şikayəti ABŞ Milli Arbitraj Forum Komissiyası (NAF) tərəfindən rədd edilib.

“Google” şirkəti mübahisələrin nizama salınması üzrə vahid siyasət mövqeyinə əsaslanaraq “goggle.com” saytını bağlamağı tələb edib.

Lakin “goggle.com” domeninin sahibi Devid Sumrik təqdim etdiyi sənəddə mübahisəli domenin əvvəlki sahibi “Knowledge Associates” şirkətinin “Google” ilə saytın mövcud olması haqqında razılaşması qeyd edilib.

Sumrik iddia edib ki, razılaşma ona domenlə birlikdə keçib. Bu vəziyyət isə “NAF” komissiyası üçün mübahisənin onun səlahiyyətləri çərçivəsindən kənara çıxmasını bildirməsi üçün kifayət qədər əsas olub.




13/10/11    Çap et