Dünyada məlumat itkisinin həcmi 8 dəfə artıb
İnformasiya təhlükəsizliyinin təmini texnologiyaları üzrə ixtisaslaşmış “InfoWatch” şirkətinin məlumatına əsasən, dünyada məxfi məlumatların itkisinin həcmi 8 dəfə artıb ki, bu da rəqəmli iqtisadiyyatın aktiv inkişafı ilə əlaqədardır.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, hesablamalara görə, məlumat itkisi nəticəsində müdaxilə edilmiş fərdi və ödəmə məlumatlarının həcmi 7,78 milyard yazıya bərabər olub. Halbuki 2016-cı ilin yanvar-iyun ayları ərzində bu göstərici 1,06 milyard olub. Ötən il məlumat itkisi nəticəsində 3 milyard yazıya müdaxilə edilib.
Mütəxəssislər məlumat itkisinin həcminin artmasını rəqəmli dünyada informasiya, elektron ticarət, virtual pul və rəqəmli formada əqli mülkiyyətdən istifadə ilə izah edirlər.
Emil Hüseynov