Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Robot masajçı Sinqapur klinikasında işə başlayıb
Ötən il klinik sınaqları keçirilən “Emma” (Expert Manipulative Massage Automation) robot masajçının hazırkı “Emma 3.0” versiyası Sinqapur klinikasında fəaliyyətə başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “AiTreat” startapının məhsulu olan robot Nanyan Texnologiya Universitetinin məzunu Albert Çjan tərəfindən hazırlanıb. İdeyanın mahiyyəti masajçı insanları tam əvəz etmək yox, əksinə, onlara işləri çox olanda kömək etməkdən ibarətdir. Məsələn, mütəxəssis eyni vaxtda iki xəstəni qəbul edə biləcək: onlardan biri ilə o, müstəqil işləyəcək, digərini isə “Emma” masaj edəcək.
Məlumata görə, robotun hazırkı versiyası orijinaldan daha kompaktdır və çoxlu masaj proqramları seçimi təklif edir. Ötürücülər vasitəsilə qurğu konkret əzələnin və ya vətərin bərkliyini ölçdükdən sonra optimal sıxma gücünü müəyyənləşdirmək üçün “bulud” serverində yerləşən süni intellekt sistemindən istifadə edir.
Birəlli “Emma” silikondan düzəldilən və insanın baş barmağını və əlinin içini imitasiya edən iki yumşaq yastıqla təchiz edilib. Kürək və diz nahiyəsinin masajında ixtisaslaşan robot “NovaHealth Traditional Chinese Medicine” klinikasında işə başlayıb.