Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bükülən “iPhone” smartfonu təqdim ediləcək


“Apple” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, “LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Bu, “Apple” şirkətinin bükülən telefon çıxarmaq planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında “LG” şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdilər, həm də “Apple” şirkətin tərəfdaşlarından biridir. Anonim mənbə bildirib ki, 2020-ci ildə “iPhone” üçün bükülən ekranların istehsalına başlanıla bilər.

Emil Hüseynov





13/10/17    Çap et