“IDC”: 5 il sonra artırılmış reallıq şlemləri geniş yayılacaq
"IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünyada 13,7 milyon virtual və artırılmış reallıq şlemi satılacaq, 2021-ci ilədək illik satış həcmi 81,2 milyonadək artacaq. Ancaq yaxın 2 ildə satışların 90%-dən çoxu virtual reallıq şlemlərinin payına düşəcək, halbuki artırılmış reallıq şlemləri daha sonra geniş yayılacaq.
2021-ci ilədək artırılmış reallıq şlemlərinin satış həcmi 30 milyard dolları ötəcək ki, bu da virtual reallıq şlemləri ilə müqayisədə təxminən 2 dəfə çoxdur, hərçənd ki artırılmış reallıq şlemləri illik satış həcminin yalnız 25%-ni təşkil edəcək. Bu, artırılmış reallıq şlemlərinin yüksək qiyməti ilə izah olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “
computerworld.ru” saytına istinadən yazır ki, yaxın vaxtlarda virtual şlemlər arasında “Gear VR” kimi ekransız şlemlər böyük əksəriyyət təşkil edəcək. Yaxın 2 ildə kompüterə qoşulma ilə olan şlemlərin bazar payı artmağa başlayacaq və proqnoz müddətinin sonuna yaxın avtonom işləyən şlemlər geniş yayılmağa başlayacaq.
Emil Hüseynov