“3D” printerdə çap edilən ilk körpü istifadəyə verilib
Niderlandda üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
VistaNews" resursuna istinadən yazır ki, ölkənin cənubunda Gemert şəhərində yerləşən yeni beton konstruksiyanın ümumi uzunluğu 8 metr təşkil edir.
Məlumata görə, velosipedçilər üçün nəzərdə tutulan körpü Eyndhoven Texniki Universiteti tərəfindən hazırlanaraq ərsəyə gətirilib.
Qeyd olunur ki, mütəxəssislər körpünün layihəsini 3 aya hazırlayıblar. "3D" printer vasitəsilə konstruksiya qeyri-adi quruluşa malikdir. Onun hazırlanması üçün mütəxəssislər tərəfindən uzunmüddətli möhkəmliyə malik 800 beton qatından istifadə edilib. Ekspertlərin sözlərinə görə, 8 metrlik körpü 40 yük maşınının ağırlığına dözə biləcək.
Mütəxəssislərin qənaətinə görə, yaxın vaxtlarda texnologiyadan evlərin tam tikilməsi üçün istifadə etmək mümkün olacaq.
Nizam Nuriyev