Səudiyyə Ərəbistanında "hava ilanları"nın köməyilə elektrik enerjisi hasil ediləcək
əldə edilməsi üzrə yeni üsul təklif edib. Mühəndislər turbinləri Yer kürəsinin səthində deyil, havada yerləşdirməyi təklif ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-news.ru” saytına istinadən yazır ki, Georqi Stençikovun rəhbərliyi altında külək turbinlərinin effektivliyini araşdıran universitetin mühəndislərinin qənaətinə görə, Yer kürəsinin səthində hava axınları son dərəcə dəyişkəndir. Amma NASA-dan müxtəlif hündürlükdə küləyin gücü haqda əldə edilmiş informasiyanı ətraflı araşdırmış alimlər yeni tip aeroturbinlərin bərkidilməsi üçün ən müvafiq nöqtələri və hündürlüyü hesablaya biliblər.
Yüksək hündürlükdə daima əsən güclü küləklər hava turbinlərinin enerji səmərəliliyi problemini həll etməkdə kömək edə bilər, buna görə mühəndislər belə qənaətə gəliblər ki, kabellərin köməyi ilə Yer kürəsi ilə birləşdirilmiş hava turbinləri ənənəvi külək mühərriklərini tam əvəz edəcək.
Emil Hüseynov