Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər səs vasitəsilə biometrik eyniləşdirmə üçün əlavə müdafiə vasitəsi hazırlayıblar


Biometrik eyniləşdirmə zamanı səsdən istifadə edilməsinə baxmayaraq, belə üsul indiyədək etibarlı sayılmır, çünki bu müdafiə vasitəsini təqlid və ya səs yazısı vasitəsilə dəf etmək mümkündür. Miçiqan Universitetinin alimləri bu çatışmazlığı aradan qaldırmaq üçün “VAuth” texnologiyası hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlər komandası tərəfindən hazırlanmış “VAuth” qurğusu boyunbağı formasında təqdim edilib, həmçinin eynəyə bərkidilə bilər. Aparata söhbət zamanı üz, boğaz və ya sinə dərisinin vibrasiyalarını aşkar edən akselerometr quraşdırılıb.

Dərinin dəqiq vibrasiyaları konkret səslərə uyğun gəldiyindən səs imzası tərtib edilir və bu, hər bir insan üçün unikaldır. “VAuth” texnologiyasının ideyası ondan ibarətdir ki, o, səsin eyniləşdirməsi üzrə adi qurğularla vəhdət şəklində istifadə olunmalıdır ki, bu da güclü müdafiə sisteminə malik hibrid sistemi yaratmağa imkan verəcək.

Alimlər tərəfindən keçirilmiş sınaqlarda 18 istifadəçi iştirak edib. “VAuth” texnologiyası 97% dəqiqlik göstərib.

Emil Hüseynov





19/10/17    Çap et