Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk üzən elektrostansiya istifadəyə verilib (VİDEO)


Norveçin "Statoil" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Şotlandiyanın Aberdinşir vilayəti sahilində "Hywind" adlanan dünyanın ilk üzən elektrostansiyasını istifadəyə veriblər.

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, layihə saytında verilən məlumata görə, 30 meqavat gücündə stansiya sahildən 25 km məsafədə enerji hasilinə və Piterhed şəhərinin enerji ilə təchizatına başlayıb. Üzən stansiyanın ümumilikdə 20 min ev təsərrüfatının tələbatını ödəyəcəyi nəzərdə tutulur.

Bildirilir ki, turbinlərin dəniz səthindən pərin sonluğunadək hündürlüyü 175 metr təşkil edir. Külək mühərrikləri suyun 78 metr dərinliyində yerləşib və dəniz dibinə bərkidilib. O, ballast kimi uzadılmış dəmir filiz üzücü nişanına bənzəyir. Dibdə generatorlar üç elastik buraza bağlanıb. Beş generatordan ibarət stansiya konstruksiyasının ümumi çəkisi 60 tondan çoxdur.  

Sahilboyu və dəniz əraziləri külək elektrostansiyalarının ucaldılması üçün cəlbedici yerlər hesab olunur. Buna səbəb isə belə yerlərdə böyük gücə malik hava axınlarının yaranmasıdır. Lakin mövcud texnologiyalar generatorların sahildən uzaqda qurulmasına imkan vermir. "Hywind" şirkətinin sınaqdan keçirdiyi texnologiyanın maksimal dərinliyi hazırkı 60 metrdən 800 metrədək artıracağı gözlənilir.

Xüsusi proqram təminatı yırğalanma və küləyin gücündən asılı olaraq pər vintlərinin əyilmə bucağını dəyişir. Perspektivdə stansiyanın istehlakın pik həddə çatması zamanı enerji toplaya biləcək litium-ion akkumulyator batareyası ilə təchiz ediləcəyi qeyd olunur.

Nizam Nuriyev
 






20/10/17    Çap et