Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dörd nəhəng texnoloji şirkət internetdə terrorizmlə mübarizə aparacaq


"Microsoft", "Facebook", "Twitter" və "Google" şirkətləri internetdə terrorçuluq kontenti ilə mübarizədə səyləri birləşdirəcək. Bu barədə qərar şirkət rəhbərlərinin "Böyük yeddilik" (G7 - Kanada, ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Yaponiya) ölkələrinin daxili işlər nazirlərinin İtaliyanın İskya adasında keçirilən görüşünün yekunları üzrə qəbul olunub.

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, şirkət nümayəndələri internetdə terrorçuluqla mübarizəyə həsr edilən sessiyada iştirak ediblər. Görüş iştirakçıları bir neçə sahədə əməkdaşlığı möhkəmləndirməklə bağlı razılığa gəliblər. Belə ki, şirkətlər terrorçuluğa aid kontenti tez aşkarlayaraq ləğv etməyə kömək edəcək avtomatlaşdırılmış texnologiyalardan birgə istifadə etmək niyyətindədirlər. Əməkdaşlığın kiçik şirkətlərin mühafizəsinin yaxşılaşdırılması məqsədilə ən effektiv texnologiyalarla mübadiləyə imkan verəcəyi qeyd olunur.

Bundan başqa, elmi tədqiqatlar vasitəsilə informasiya bazasının genişləndirilməsi planlaşdırılır.

Görüşün yekunları üzrə İtaliya daxili işlər naziri Marko Minniti bildirib ki, bu gün internetdə terrorizmlə mübarizə xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

Nizam Nuriyev





21/10/17    Çap et