Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər “Google” səhmlərinin dəyərinin artmasını proqnozlaşdırırlar


Ekspertlər güman edirlər ki, “Google” səhmlərinin dəyəri artacaq. Buna, xüsusilə “Google+” sosial şəbəkəsinin məşhurluğu imkan yaradacaq.

Hesablamalara əsasən, bu xidmətdə qeydiyyatdan keçmiş istifadəçilərin sayı artıq 55 milyonu ötüb. Bundan başqa, analitiklər “Google”-un axtarış bazarındakı mövqeyinin sabit olduğunu qeyd edirlər.

“ComScore” analitik şirkətinin məlumatına əsasən, sentyabr ayında korporasiya 65%-dən çox axtarış sorğusu emal edib. Müqayisə üçün: “Yahoo” və “Microsoft”-un payları müvafiq olaraq 15,5 və 14,7%-dir.

Analitiklər proqnozlaşdırırlar ki, cari ildə “Google” şirkəti bir səhm üçün 35,75 dollar dəyərində gəlir əldə edəcək. 2012-ci ildə bu göstərici 47,83 dollara qədər arta bilər.




13/10/11    Çap et