Dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb
Birləşmiş Ərəb Əmirliklərində Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra dünyada süni intellekt məsələləri üzrə ilk nazirlik yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, bundan əvvəl gələcəyin planlaşdırılması departamentinin direktor müavini vəzifəsində işləmiş 27 yaşlı Oman bin Sultan əl Olama yeni nazirliyə rəhbərlik edəcək.
“Arabian Business” nəşri yazır ki, Əbu-Dabidə 2031-ci ilədək süni intellektin inkişaf strategiyasının təqdimatından sonra bin Sultanın təyinatı həyata keçirilib.
"Biz hökumət xidmətlərinin bütün səviyyələrdə daha yüksək effektivliyinin təmini və sürətləndirilməsi üçün süni intellektlə bağlı bütün alət və metodlardan istifadə etməyə hazırlaşırıq" – Nazirlər Kabinetinin rəhbəri bəyan edib.
Emil Hüseynov