Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT eksperti dövlətləri fərdi məlumatların mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağa çağırıb


BMT Baş Məclisinin 72-ci sessiyasının Üçüncü Komitəsinin iclasında çıxış edən BMT eksperti Cozef Kannataçi dövlətləri istənilən məxfi fərdi məlumatların açıq girişə düşməsinin qarşısını almağa çağırıb. O, belə informasiyanın mühafizəsi məqsədilə son dərəcə təhlükəsiz sistemlər yaratmağı tövsiyə edib.

“ICTnews” Elektron Xəbər Xidməti “un.org” saytına istinadən yazır ki, Cozef Kannataçinin sözlərinə görə, hazırda insanlardan xəbərsiz və onların  razılığı olmadan bir çox şirkətlər istifadəçilərin fərdi məlumatlarını toplayır və məxfi xarakterli informasiya açıq girişdə yerləşdirilir.

"Mən bir çox şirkətlərin fərdi məlumatları toplamaqla yanaşı, həmçinin onları satmaq imkanına malik olmasından çox narahatam. Belə məlumatların satışı həyata keçirilir və nəticədə insan həyatını ətraflı təsvir edən mürəkkəb baza yaradılır" – Cozef Kannataçi deyib.

Emil Hüseynov





23/10/17    Çap et