Növbəti ildə fərdi elektron qurğuların satışı 2 faiz artacaq
“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada 2,35 milyard fərdi kompüter, planşet və smartfon satılacağını proqnozlaşdırır. Bu, 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, smartfonlar kompüter və planşetləri üstələyə bilməyib. Şirkətin keçirdiyi sorğuda iştirakçıların 40 faizinin müəyyən işlər üçün (uzun elektron məktubların oxunması və yazılması, videonun baxılması və s.) əsasən fərdi kompüter və planşetdən istifadə etməsi məlum olub. Rəyi soruşulanların 34 faizi isə smartfondan yalnız kompüterdən uzaqda olanda yararlandığını bildirib. Analitiklər qeyd edir ki, lakin eyni zamanda onlar smartfonları kompüterlərdən fərqli olaraq tez-tez dəyişir və bu, fərdi kompüter bazarı üçün böyük problemlər yaradır. 2018-ci ildə masaüstü fərdi kompüter və planşetlərin satış həcminin 4,4 faiz azalacağı gözlənildiyi halda mobil telefonların satışı 2,4 faiz artaraq 1,9 milyard ədəd təşkil edəcək. Bunun 86 faizi smartfonlar kateqoriyasına aid olacaq.
Bildirilir ki, korporativ sinifli fərdi kompüter seqmentində “Windows 10” əməliyyat sisteminə keçid nəticəsində cari ilin sonunda qiymətlərin bahalaşmasına baxmayaraq yenidən artım gözlənilir. Korporativ seqment bütün fərdi kompüter bazarının nisbi sabitliyini tam təmin edir.
Bundan əlavə, “Microsoft” korporasiyası Çində “Windows 10” sistemində təhlükəsizlik və məlumatların mühafizəsi ilə bağlı problemləri tədricən yoluna qoyur və sistemin hakimiyyət tərəfindən təsdiq edilən versiyasının işıq üzü görməsinin 2018-ci ildə fərdi kompüterlərin satışına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.
Nizam Nuriyev