Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“StatCounter”: “Windows 7” fərdi kompyuter üçün ən məşhur platforma olub


“StatCounter” şirkətinin məlumatına əsasən, “Windows XP” oktyabr ayının əvvəllərində dünyada ən çox istifadə olunan əməliyyat sistemi statusunu itirib.

“StatCounter” statistikasına əsasən, “Windows XP” hal-hazırda demək olar ki, bazarın 38.5%-ni tutur. Qeyd edək ki, 2 il əvvəl bu göstərici 70% olub. “Windows 7” platforması isə həminki dövr ərzində payını 0-dan 40,3%-ə qədər artıra bilib.

Bu isə onun fərdi kompyuter üçün əməliyyat sistemi seqmentinin lideri olmasına səbəb olub. “Windows Vista” əməliyyat sisteminin payı tədricən aşağı düşür: cari ayın əvvəlində 11,2% istifadəçi bu platformaya üstünlük verib.

“Mac OS X” populyarlığa görə dördüncü yerdədir: “Apple” şirkətinin əməliyyat sistemi bazarın təxminən 7.3%-ni tutur. Portativ qurğular üçün “iOS” platformasının payına təxminən 1,1% düşür. Digər əməliyyat sistemləri birlikdə təxminən 1,6% bazar payına malikdir.




13/10/11    Çap et