Smartfonların satış həcmində artım qeydə alınıb
"GfK" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonların qlobal satış həcmi 3% yüksələrək 367 milyon təşkil edib.
"ICTnews" Elektron Xəbər Xidməti "
dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssislər Latın Amerikası (+11%), həmçinin Mərkəzi və Şərqi Avropada (+9%) daha yüksək artım tempi qeydə alıblar. Bu halda Şimali Amerika, Qərbi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində azalma müşahidə olunub: bu regionlarda smartfonların satış həcmi müvafiq olaraq 1%, 7% və 7% azalıb.
Həmçinin mütəxəssislər bildiriblər ki, smartfonların bahalaşması tendensiyası fonunda "ağıllı" telefon bazarının pul baxımından həcmi 10% yüksələrək 116,8 milyard dollar təşkil edib, halbuki bir il əvvəl bu göstərici 106,3 milyard dollar səviyyəsində idi.
Emil Hüseynov