"İntel" süni intellekt sistemləri üçün ilk prosessorunu təqdim edib
Məlum olduğu kimi, süni intellektin işləməsinə böyük hesablama gücü tələb olunur. İndi elektron komponentlər qismində çox vaxt ən adi komponentlərdən ("IBM Watson" kimi güclü sistemlər istisnadır) istifadə olunur. İndiyədək hazırlanmış prosessorlar neyron şəbəkələri ilə işləmək üçün nəzərdə tutulmamışdı. Buna görə şirkətin rəhbərliyi məhz süni intellekt sistemləri ilə işləmək üçün nəzərdə tutulmuş prosessor hazırlamağa dair qərar verib.
"ICTnews" Elektron Xəbər Xidməti "
hi-news.ru" saytına istinadən yazır ki, "Intel" şirkətinin süni intellekt üçün ilk ixtisaslaşdırılmış prosessoru "Nervana Neural Processor" (NNP) adlandırılıb və ilin sonunadək ilk modellərin çıxarılışı planlaşdırılıb. "Nervana" adlı yeni prosessor "ASIC" çip (application-specific integrated circuit) formasında hazırlanıb və ilk növbədə dərin kompüter təlimi və öz-özünə öyrənmə sahəsində məsələlərin icrası üçün nəzərdə tutulub. Böyük həcmli informasiyanın iki istiqamətli mübadiləsini təmin edən məlumatlar şini prosessorun əsasını təşkil edir. Beləliklə, iş effektivliyində itkiyə yol vermədən bir neçə "Nervana" prosessorunu birində birləşdirmək mümkün olacaq. Belə yanaşma prosessora çoxsəviyyəli neyron şəbəkələri ilə işləməyə imkan verir.
Emil Hüseynov