Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil “Eset NOD32” antivirusunda əlavə funksiyalar quraşdırılıb


“Eset” şirkəti “Eset NOD32” fərdi antivirus məhsullarının yeni nəslini təqdim edib. Məhsullar “Ev şəbəkəsinin mühafizəsi” modulunun genişləndirilmiş imkanları, “UEFI skaneri” funksiyası və “Fırıldaqçı proqramlardan mühafizə” modulu ilə təchiz olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bundan sonra “Eset NOD32” istifadəçiləri qoşulmuş qurğuların təhlükəsizliyini yoxlaya (açıq portlarda portları və məlum xidmətləri skan etmək), parolların müdaxiləyə dözümlülüyünü izləyə biləcəklər. Bundan başqa, marşrutlayıcı interfeysində boşluq və zəif parolların aşkarlanmasını yoxlayan funksiya əlavə olunub.

Məlumata görə, fon rejimində işləyən “UEFI skaneri” ev şəbəkə qurğularını kompüterə daha dərin səviyyədə hücum edən - “Windows” sistemini “UEFI” (Unified Extensible Firmware Interface) interfeysli kompüterdə işə salmazdan əvvəl təhlükələrdən mühafizə edir.

“Fırıldaqçı proqramlardan mühafizə” funksiyası əlavələri və istifadəçinin fayllarını dəyişmək istəyən prosesləri izləyir. Proqramda qeyri-adi dəyişiklik müşahidə olunan zaman o bloklanır və ya istifadəçiyə bloklama barədə müstəqil qərar qəbul etmək təklif edilir.

Bundan əlavə, yeni nəsil “Eset NOD32” antivirusunda faylların skan edilməsi prosesi sadələşdirilib və məhsullardan istifadəni asanlaşdıran əlavə funksiyalar quraşdırılıb.

Nizam Nuriyev 





27/10/17    Çap et