Süni intellekt botlardan müdafiəni dəf etməyi öyrənib
ABŞ mühəndisləri saytların botlardan müdafiəsi üçün istifadə edilən mətn yazılarına müdaxilə edə bilən yeni özü öyrənən süni intellekt sistemi yaradıblar.
"Sistem neyrofiziologiyasının təcrübəsindən istifadə edərək tərəfimizdən yaradılmış yeni kompüter tanıma modeli mətn yazılarını dərin neyron şəbəkələri ilə müqayisədə daha yaxşı tanıyır və eyni zamanda 300 dəfə daha effektiv işləyir" – proqramın yaradıcısı Dilip Corc deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
lenta.ru” saytına istinadən yazır ki, hazırda mövcud olan süni intellekt və neyron şəbəkələri sistemlərinin əsas çatışmazlığı onların müstəqil şəkildə yeni bacarıqlara yiyələnə bilməmək qabiliyyətidir. Onları yeni məsələnin icrasına öyrətmək üçün insan tərəfindən emal edilmiş böyük məlumat massivlərindən istifadə etmək lazım gəlir.
Məlumat üçün bildirək ki, 26 oktyabrda əsasını süni intellekt təşkil edən insanabənzər Sofiya robotu Səudiyyə Ərəbistanı vətəndaşlığını əldə edib.
Emil Hüseynov