Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Skarlett Yoxanssonun çılpaq fotolarını oğurlayan hakerə fantastik cəza
Federal Təhqiqatlar Bürosu (FTB) 35 yaşlı hakeri həbs edib. Hakerin aktrisa Skarlett Yoxanssonun çılpaq şəkillərini oğurladığı güman edilir.
Məlumata əsasən, Kristofer Çeyni 50 məşhurun, həmçinin Kristina Aqilera, Mila Kunis, Natali Portmanın elektron poçtunu “sındırıb”.
Haker oğurladığı şəkilləri satmağı planlaşdırmayıb, onları sadəcə, internetdə yayırmış. Kristofer Çeynə oğurluq, müdafiə olunmuş informasiyaya qeyri-qanuni giriş və kompyuter “qırma”sı daxil olmaqla 26 bənd üzrə ittiham təqdim edilib. Hakerin məruz qala biləcəyi maksimal cəza 121 il müddəti üçün həbs cəzasıdır.
13/10/11 Çap et