Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia 2” smartfonu rəsmən təqdim edilib


“HMD Global” şirkəti yeni “Nokia 2” smartfon modelini təqdim edib. 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun aparat əsasını dördnüvəli “Qualcomm Snapdragon 212” prosessoru, 1 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4100 milliamper/saata bərabərdir.

Bundan başqa, iki SİM kartdan istifadə, “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.1”, “GPS” və GLONASS” dəstəklənir, eləcə də FM radiosu və qulaqcıqlar üçün 5,5 mm-lik çıxış quraşdırılıb. Ölçüsü 143,5 x 71,3 x 9,3 mm təşkil edən smartfon “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğuda “Android 8.0 Oreo” sistem yenilənməsinin olacağı gözlənilir.  

“Nokia 2” smartfonu qara, ağ və mis rənglərində buraxılır. Qiyməti 99 avro təşkil edəcək yeni qurğunun beynəlxalq satışlarına noyabrın ortalarında başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev
 






31/10/17    Çap et