Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avstraliyada “Samsung” planşetinin satışlarını qadağan ediblər
Avstraliyada məhkəmə “Galaxy Tab 10.1” planşetinin bu ölkə ərazisində satışlarını qadağan edib. Qeyd edək ki, “Galaxy Tab 10.1” planşetini “Samsung” şirkəti istehsal edir.
“Apple” şirkəti qadağanın tətbiq olunmasına nail olub, o, “Samsung”u qurğularının kopyalanmasında ittiham edir.
Amerika şirkəti Avstraliyada “Samsung”a qarşı şikayəti iyul ayında verib. “Apple” iddiada qeyd edib ki, Cənubi Koreya istehsalçısı sensor ekranların istehsalı zamanı “Apple” tərəfindən patentlənmiş texnologiyanı tətbiq edir.
“Samsung” şirkəti çıxarılan qərardan şikayət etmək hüququna malikdir. Məlumat üçün qeyd edək ki, “Apple” və “Samsung” şirkətləri aprel ayından patent mübahisəsi aparırlar, bir-birinə qarşı 10 ölkə məhkəməsinə iddialar veriblər.
13/10/11 Çap et